FTB: Çinli hakerlər ABŞ infrastrukturuna hücum etmək üçün pusqudadır


ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Vrey bildirib ki, çinli hakerlər ölkəsinin kritik infrastrukturuna hücum etmək üçün pusqudadır.



“New York Post” qəzetinin məlumatına görə, ABŞ-ın Vanderbilt Universitetində keçirilən proqramda FTB direktoru Vrey çıxış edib.

Vrey çinli hakerlərin ABŞ-ın su təmizləyici qurğularına, elektrik xətlərinə, nəqliyyat və informasiya texnologiyaları kimi kritik infrastrukturlarına hücum etmək üçün doğru anı gözlədiklərini ifadə edib.

FTB və digər federal səlahiyyətlilərin pərdə arxasında bu təhlükəyə qarşı durmağa çalışdığını ifadə edən Vrey, Çinin mülki infrastruktura hücum edərək çaxnaşma yaratmaq və insanların iradəsini qırmaq istədiyini bildirib.

Çinin ABŞ sənayesindən əqli mülkiyyət, texnologiya və araşdırmaları oğurlamaq üçün aqressiv şəkildə çalışdığını iddia edən Vrey, bu təhlükənin artıq qapıda olduğunu bildirib.

Qeyd edək ki, Vrey yanvarın 31-də ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri qarşısında çıxışında da oxşar xəbərdarlığı edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu