İran Hava Limanları Şirkəti: Bütün hava limanları açıqdır


İran Hava Limanları Şirkəti ölkənin hava limanlarından bütün istiqamətlərə uçuşların açıq olduğunu açıqlayıb.



Tesnim Xəbər Agentliyi İran Hava Limanları Şirkətinin açıqlamasını yayıb.

Açıqlamada, "Hazırda ölkənin hava limanlarında uçuş məhdudiyyəti yoxdur. İrandan bütün istiqamətlərə uçuşlar açıqdır və bununla bağlı heç bir problem yoxdur." ifadələri qeyd edilib.

Qeyd edək ki, aprelin 13-də İranın İsrailə hücumundan sonra ölkədə uçuşlar bir müddət təxirə salınmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu