İstanbul Hava Limanı dünyanın ən işlək hava limanları arasında ilk 10-luqdadır


İstanbul Hava Limanı 2022-ci ildə dünyanın ən işlək 10 hava limanı arasındadır.


AFN.az Beynəlxalq Hava Limanları Şurasının açıqladığı xəbərə istinadən bildirir ki, İstanbul Hava Limanı bu siyahıda 7-ci yerdə qərarlaşıb.

"2022-ci ildə 64 milyondan çox sərnişinə ev sahibliyi edən Beynəlxalq Hava Limanları Şurası tərəfindən dərc edilən "Dünyanın ən işlək 10 hava limanı siyahısı"nda 7-ci yeri tutduq. Bizə üstünlük verən bütün sərnişinlərimizə təşəkkür edirik" - deyə İstanbul Hava Limanından bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu