Danimarkada 17-ci əsrə aid tarixi birja binasında yanğın baş verib


Danimarkanın paytaxtı Kopenhagendə 17-ci əsrə aid keçmiş birja binası "Borsen"də yanğın baş verib.



Ölkə mətbuatında yer alan xəbərə görə, Kopenhagendə parlament binasının daxil olduğu Kristiansborq sarayının yaxınlığındakı tarixi birja binasında naməlum səbəbdən yanğın baş verib.

Yanğın zamanı binanın 17-ci əsrdə tikilmiş təxminən 56 metr hündürlüyündəki qüllə ucu dağılıb.

Polis qrupları binanın yerləşdiyi ictimaiyyətə açıq olmayan, lakin zaman-zaman qala yeməkləri, konfranslar kimi tədbirlərin keçirildiyi küçəni bağlayıb, ətrafda təhlükəsizlik tədbirləri görüb.

Yanğına xilasetmə qrupları müdaxilə edib.

Qruplar tarixi bina ilə yanaşı, parlament də daxil olmaqla ətrafdakı binalarda olanları təxliyə edib.

Yanğın zamanı xəsarət alan olmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu