Talibanın liderlərindən biri öldürüldü


Əfqanıstanda Taliban administrasiyasının yüksək rütbəli liderlərindən olan Məhəmməd Ömər Can Axundzadə sui-qəsd nəticəsində öldürülüb. Hücuma görə məsuliyyəti hələlik heç kəsin üzərinə götürmədiyi bildirilir.



Əfqan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid X sosial media platformasında öz hesabında məsələ ilə bağlı açıqlama verib.

Mücahid Taliban administrasiyasının Müşahidə Şurasının üzvü və Qəndəhar vilayətində mədrəsənin müəllimi Məhəmməd Ömər Can Axundzadənin ölümü ilə bağlı başsağlığı mesajında ​​hücumu pisləyib və sui-qəsdi böyük cinayət adlandırıb.

Axundzadənin ölümündən kədərləndiklərini qeyd edən Mücahid ölümün nə vaxt, harada və hansı səbəbdən baş verməsi ilə bağlı təfərrüatları açıqlamayıb.

Əfqanıstan mediası Məhəmməd Ömər Can Axundzadənin Ramazan bayramı üçün ailəsini ziyarət etmək üçün getdiyi Pakistanın Queta şəhərində dünən naməlum şəxslər tərəfindən öldürüldüyünü bildirib.

Bildirilib ki, Axundzadə Taliban administrasiyasının lideri Molla Hibetullah Axundzadənin müşaviri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu