Əfqanıstanda daşqınlar nəticəsində 12 nəfər ölüb


Əfqanıstanın Meydan Vardak vilayətində daşqın nəticəsində 12 nəfər ölüb.


Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid sosial media hesabından verdiyi açıqlamada Meydan Vardakın Celriz rayonunda baş verən seldə 12 nəfərin həyatını itirdiyini bildirib.

Seldə yaxalanan 40 nəfərdən xəbər olmadığını deyən Mücahid, hadisə zamanı yaralananların olduğu barədə məlumatı paylaşıb.

Mücahidlər yardım agentliklərini daşqın bölgəsinə təcili humanitar və tibbi yardım çatdırmağa çağırıblar.

Hakimiyyət bölgədə ölənlərin sayının artacağından ehtiyatlanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu