Həkim qəbul zamanı xəstələrə təcavüz edirmiş


Böyük Britaniyanın Uiltşir əyalətindən olan ümumi praktiki həkim xəstələrə təcavüz etməkdə ittiham olunur.


AFN.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Altı nəfər qadın 40 yaşlı doktor Tomas Plimmerin klinikada görüş zamanı onları təqib etdiyini, sonra isə təcavüz etdiyini iddia edib. Təqsirləndirilən şəxs xəstələrlə razılıq əsasında cinsi əlaqədə olduğunu iddia edir. Həkimin sözlərinə görə, o da psixi pozğunluqdan əziyyət çəkir və özünü idarə edə bilmir.

Plimmerin lisenziyası ləğv edilib və o, ittihamlarla razılaşıb. Terapevtin gələcək taleyini məhkəmə müəyyən edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu