36 yaşlı tələbə 200 nəfərə TƏCAVÜZ ETDİ - İngiltərədə iyrənc hadisə
İngiltərədə bir tələbə 200 nəfərə təcavüz etməkdə günahlandırıır.
Reinhard Sinaga adlı təcavüzkar 2017-ci ildə tutulana qədər gecə klublarının qarşısında gənc kişilərlə tanış olub onları evə dəvət edib. İçkilərinə narkotik maddə tökərək, onları yatırdaraq, saatlarla gənc insanlara təcavüz edib. Bundan əlavə o, təcavüzlərini videolenta çəkirmiş. Axtarış zamanı Sinaganın evindən 800-dən çox video lent aşkarlanıb.
Sinaga qurbanlarının içkisinə qamma-hidroksibutirat (GHB) töküb. Bu barədə “Daily Star” nəşri məlumat yayıb.
Bu narkotik vasitə böyük dozada qəbul edildikdə əzələ zəifliyinə səbəb olur. Uyuşdurucu tam təsirini göstərdikdən sonra insan ümumiyyətlə intoksikasiya zamanı baş verənləri xatırlamır.
Yanvarın 6-da o, 48 nəfərə təcavüz etdiyi üçün, 159 ittihamla mühakimə olunub, lakin polisin fikrincə qurbanlarının həqiqi sayı 190 nəfərdən çoxdur. Onlar düşünürlər ki, bəziləri qamma – hidroksibutirat qəbul etdiyi üçün təcavüzə uğradığını xatırlamırlar.
Məhkəmə 36 yaşlı təcavüzkarı 30 il həbs cəzasına məhkum edib. //“Ölkə.Az”