Kreml: Türkiyənin BRİCS-ə marağını alqışlayırıq


Kremlin sözçüsü Dmitriy Peskov, Türkiyənin BRİCS-ə marağının müsbət qarşılandığını ifadə edərək, "Əlbəttə, bu maraq Rusiyanın sədrliyi ilə hazırlanan BRİKS sammitinin gündəmində olacaq" deyib.



Peskov paytaxt Moskvada jurnalistlərə cari məsələlərlə bağlı açıqlamalar verib.

Peskov Türkiyənin BRİCS-ə yanaşmasını qiymətləndirərək deyib:

"Qonşu dövlətlərin, o cümlədən Türkiyə kimi mühüm tərəfdaşlarımızın BRİCS-ə artan marağını alqışlayırıq. Təbii ki, bu maraq Rusiyanın sədrliyi ilə hazırlanan BRİCS sammitinin gündəmində də yer alacaq. Ola bilsin ki, bu təşkilat qoşulmaq istəyən ölkələrin bütün maraqlarına cavab verməsin, amma BRİCS maraq göstərən bütün dövlətlərlə əlaqəni davam etməkdən yanadır."

Peskov bunun üçün müxtəlif formatların üzərində çalışıldığını ifadə edərək, "Bu, zaman tələb edən bir prosesdir, lakin bu qədər sıx marağı məmnuniyyətlə qarşılayırıq" vurğulayıb.

Qeyd edək ki, iyunun 10-11-də Rusiyanın Nijni Novqorod şəhərində BRİCS ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu