Rusiyada əyləci sıradan çıxan trolleybus dəhşət saçdı: 1 ölü, 109 yaralı


Rusiyada əyləci sıradan çıxan trolleybusun qarşıdakı trolleybusa çırpılması nəticəsində 1 nəfər ölüb, 109 nəfər xəsarət alıb.


AFN.az-ın xəbərinə görə, hadisə Kemerovo şəhərində baş verib.

Sürətlənən trolleybusun əyləcində yaranan problem səbəbindən nəqliyyat sağa-sola yellənməyə başlayıb və bir müddət sonra idarəetmədən çıxaraq qarşıda gedən trolleybusa çırpılıb.

Sürətlə sürüşən trolleybusdan çox sayda sərnişin atılaraq yola düşüb. Rusiya səhiyyə nazirinin müavini Aleksey Kuznetsov qəza ilə bağlı açıqlamasında bildirib ki, ilkin məlumatlara görə, 1 nəfər ölüb: "Qəzada 4-ü uşaq olmaqla ümumilikdə 109 nəfər yaralanıb”.

Kuznetsov əlavə edib ki, trolleybusun 23 yaşlı sürücüsü də xəstəxanada müalicə olunur və vəziyyəti ağırdır.

Qəza ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu