Türkiyənin daha bir vilayətində genişmiqyaslı yanğın baş verib


Türkiyənin Aydın vilayətində, Çine rayonunda maki və zeytun bağlarında yanğın başlayıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, yanğın havadan və qurudan müdaxilə ilə söndürülüb.

Ünlüce məhəlləsində baş verən yanğının səbəbi məlum deyil.

Aydın valisi Yakup Canbolat hadisəyə dərhal müdaxilə edildiyini və qısa müddətdə nəticə əldə edildiyini bildirib.

Yanğına 6 helikopter, 8 təyyarə, 24 su tankeri, 10 su tankeri və iş maşını və 185 canlı qüvvə cəlb olunub.

Yanğın qrupların müdaxiləsi ilə nəzarət altına alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu