Fransanın İsere əyalətində sel körpünü uçurub

Fransanın İsere əyalətində güclü yağışın yaratdığı sel körpünü "aparıb".
Fransa mətbuatında yer alan xəbərlərə görə, şəhərin La Berarde kəndində gecə saatlarında fırtına baş verib.
Güclü yağış nəticəsində yaranan sel suları kəndin körpüsünü uçuraraq aparıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar rayona gedən yollar bağlanıb.
Kənddə yaşayan 97 nəfər helikopterlə təhlükəsiz ərazilərə təxliyə edilib.
Fırtına, daşqın və güclü yağış səbəbindən İsere əyalətində narıncı xəbərdarlıq elan edilib.