BMT: Efiopiyada 4,5 milyon insan didərgin düşüb


Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) Efiopiyada 4,5 milyon insanın iyun ayından bu yana ölkə daxilində miqrasiya etmək məcburiyyətində qaldığını bildirib.



OCHA-nın Efiopiyada baş verən humanitar böhranla bağlı verdiyi açıqlamada ölkənin şimal və mərkəzi bölgələrində davam edən qarşıdurmalar və əlverişsiz iqlim şəraiti səbəbindən 4,5 milyon insanın miqrasiya etmək məcburiyyətində qaldığı bildirilib.

Miqrasiyadan ən çox təsirlənən yerlərin Somali və Tiqray bölgələri olduğu qeyd edilib.

Açıqlamada təhlükəsizlik şərtlərinin uyğun olduğu hallarda geri dönüşlərin dəstəklənməsi lazım olduğu və bu prosesdə qalıcı həll yollarına ehtiyac olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu