Somalidə leysan yağışlar səbəbindən ən az 8 min insan evlərini tərk edib
Somalidə son günlər yağan leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən ən azı 8 min insan evlərini tərk edərək köç etmək məcburiyyətində qalıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən açıqlamada, Somalidə yağan yağışların həyata mənfi təsir etdiyi bildirilib.
Açıqlamada son günlər yağan güclü yağışların səbəb olduğu sellər səbəbiylə ən az 8 min insanın köç etmək məcburiyyətində qaldığı, yağışların Hiran bölgəsində təsirli olduğu və Şabel çayında daşma riskinin olduğu bildirilib.
Somali Fəlakət İdarəetmə Agentliyinin məlumatına görə, ötən ilin oktyabr-dekabr ayları arasında ölkə daxilində 2,4 milyon insan daşqınlardan zərər çəkib, 110 nəfər həyatını itirib.
Somalidən başqa Keniya, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi ölkələr də güclü yağışların yaratdığı daşqınlardan mənfi təsirlənib.