Çexiya Ukraynanın neft tranzitinin dayandırmasında problem görmür


2025-ci il yanvarın 1-dən etibarən Rusiya neftinin tranzitinin mümkün dayandırılması haqqında bəyanatlar Kiyevdə Çexiya üçün problem olmayacaq.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bunu ölkənin enerji təhlükəsizliyi üzrə səfiri Vatslav Bartuska deyib. Diplomat bildirib ki, ukraynalılar tranzitin dayandırılması barədə ilk dəfə danışmır və hadisələrin inkişafını gözləmək lazımdır.

Qeyd edək ki, Çexiya, Macarıstan və Slovakiya Rusiya neftini Aİ-nin sanksiyalarına məruz qalmayan Drujba neft kəmərinin cənub qolu vasitəsilə alır. İyulun ortalarında Ukrayna Rusiyanın Macarıstana neft idxalının təxminən üçdə birini, Slovakiyaya isə təxminən 45 faizini təmin edən “Lukoyl”dan neft tədarükünü dayandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu