Macarıstan Rusiya və Slovakiya ilə Ukrayna ərazisindən neft tranzitini müzakirə edib


Macarıstan, Rusiya və Slovakiya nümayəndələri telefonla Ukraynanın Rusiya Federasiyasından neft tranzitini dayandırmasını müzakirə ediblər.


AFN.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

“Biz neft tədarükümüzün uzunmüddətli təhlükəsizliyini bərpa etmək üçün işi davam etdiririk, ona görə də bu səhər mən yenidən rusiyalı həmkarım Sergey Lavrov və Slovakiya baş naziri Yuray Blanarla telefonla məsləhətləşdim”, - deyə Macarıstan XİN başçısı qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu