Kəlbəcərdə maşın aşdı, ölən və xəsarət alan var


Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.


APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Vəng kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 21099” markalı mınik maşını idarəetmədən çıxaraq aşıb. Vəng kəndində tikinti şirkətlərindən birində çalışan sürücü, 1979-cu il təvəllüdlü Rəsul Quliyev hadisə nəticəsində ölüb.

Avtomobildə olan sərnişin M. Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırma gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu