Almaniyada partlayışlar mafioz toqquşmalarla əlaqələndirilir


Kölndə və onun yaxınlığında baş verən bir sıra partlayışlar mafiya mübahisələri ilə bağlı ola bilər.


AFN.az xəbər verir ki, bu barədə "RİA Novosti" Almaniya polisinin nümayəndələrinin açıqlamalarına istinadən yazır.

Köln prokuroru Ulriç Bremer, hadisələrin Mərakeş mafiya qrupları arasında "həll edilməmiş fikir ayrılıqları" ilə bağlı olduğu ehtimalını irəli sürüb.

Köln cinayət axtarış departamentinin rəhbəri Maykl Esser şəhərin “görünməmiş zorakılıq və ağır cinayətlərlə üzləşdiyini” söyləyərək, hazırda 60 müstəntiqin çalışdığını bildirib.

Sentyabrın ortalarında iki günlük fasilə ilə Kölndə iki partlayış baş verib. Əvvəlcə partlayıcı qurğu gecə klubunun yaxınlığında, daha sonra isə şəhərin mərkəzindəki geyim mağazasının yaxınlığında işə düşüb. Hər iki halda bir qurban olub. Sentyabrın 22-də isə Bonn yaxınlığında üçüncü dəfə aşağı güclü partlayıcı qurğu işə düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu