Almaniyanın Köln şəhərində kafedə partlayış baş verib


Almaniyanın Köln şəhərində kafedə baş verən partlayışda iki nəfər yüngül xəsarət alıb.


Yerli vaxtla saat 02.45-də Longericher küçəsində baş verən partlayışla bağlı polis hələ məlumat verməsə də, yerli mətbuatda 2 nəfərin yüngül yaralandığı bildirilir.

Ətrafdakı sakinlərdən əldə edilən məlumata görə, şüşələri sınmış kafedə baş verən yanğın nəticəsində əvvəlcə partlayış səsi eşidilib, daha sonra binaya böyük ziyan dəyib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, sentyabrın 16-da və 18-də də Kölndə oxşar partlayışlar baş verib. Partlayışlar nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu