Almaniyanın Köln şəhərində mağazanın qarşısında partlayış baş verib


Almaniyanın Köln şəhərində geyim mağazasının qarşısında baş verən partlayışda bir nəfər yüngül xəsarət alıb.



Ehren küçəsində baş verən partlayışla bağlı polis hələlik məlumat verməsə də, yerli sakinlər 40 yaşlarında olan bir nəfərin yüngül xəsarət aldığını bildiriblər.

Partlayış nəticəsində mağazaya böyük maddi ziyan dəyib.

Sentyabrın 16-da Kölndə baş verən oxşar partlayışda əyləncə məkanlarından birində işləyən təmizlik işçisi yaralanıb.

Hohenzollernrinq küçəsində baş verən partlayışla bağlı binanın təhlükəsizlik kamerası görüntülərində bir nəfərin binanın girişində çanta və qutu qoyub getdiyi və partlayışın dərhal baş verdiyi görülüb.

Hadisə ilə bağlı araşdırma başlatan polis fotoşəkilləri yayımlanan şübhəlinin axtarışına başlayıb və ictimaiyyətdən kömək istəyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu