Azər Baxşəliyevə böyrək köçürülməsi niyə baş tutmayıb? - RƏSMİ


Yanvarın 5-də vəfat edən aktyor Azər Baxşəliyev ötən ilin fevral ayının 20-də Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb.


Bu barədə qurumdan verilən məlumatda deyilir ki, həmin ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. Xəstəxana sənədləri Mərkəzə oktyabrın 16-da daxil olub və müvafiq sənədlər oktyabrın 31-də Etika Komissiyasına göndərilib.

"Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”, - açıqlamada deyilir.

Xatırladaq ki, Azər Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. O, yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. 4 gün sonra vəfat edib.

Aktyorun dostu aparıcı İlkin Həsəni Azər Baxşəliyevə orqan transplantasiyası ilə bağlı sonda imtina cavabı verildiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu