"Reuters": ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu artırmaq planı yoxdur
ABŞ Qrenlandiyada hərbi mövcudluğunu artırmağı planlaşdırmır.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" Amerikanın Kopenhagendəki səfirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
“ABŞ-ın Qrenlandiyada hazırkı hərbi mövcudluğunu artırmaq planları yoxdur”, - deyə nümayəndə agentliyə bildirib.
Səfirliyin sözçüsü qeyd edib ki, Birləşmiş Ştatlar ümumi təhlükəsizlik ehtiyaclarını həll etmək üçün Danimarka və Qrenlandiya ilə sıx əməkdaşlığı davam etdirəcək.
Birləşmiş Ştatların adanın şimal-qərbindəki Pituffik aviabazasında daimi varlığı var.