ABŞ və Türkiyə NATO-nun Qara dənizdəki mövcudluğunu artırmaq üçün danışıqlar aparır


ABŞ və Türkiyə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) gəmilərinin Qara dənizdə mövcudluğunu artırmaq üçün məsləhətləşmələr aparır.



Bu barədə Konqresin Senatının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.

Senatorların, Birləşmiş Ştatlar NATO-nun Qara dənizdəki hərbi mövcudluğunu genişləndirmək istəyirmi? sualına cavab olaraq bildirib ki, “Bu, türk müttəfiqlərimizlə davam edən müzakirə mövzusudur. Türkiyə hərbi gəmilərin Qara dənizə çıxışına nəzarət edir”.

O, iddia edib ki, Vaşinqton Ankaranı Moskva ilə enerji sektorunda əməkdaşlığı gücləndirməkdən çəkindirir. Bunun müqabilində ABŞ Türkiyəyə ikitərəfli münasibətləri gücləndirməyi təklif edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu