"Nestle" şirkətinə qarşı məhkəmə istintaqı başladılıb


Fransada ötən il dekabrın sonunda mineral suyun saxta etiketlənməsi ilə bağlı "Nestle" şirkətinə qarşı məhkəmə istintaqı başladılıb.



Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Nəşrin materialında qeyd edildiyi kimi, "Nestle" şirkəti təbii mineral kimi etiketlənmiş içməli suyu qablara doldurarkən müxtəlif filtrasiya üsullarından istifadə edib. Qəzetin yazdığına görə, şirkət bu məlumatı şərh etməkdən imtina edib, lakin onlar məhkəmə orqanları ilə konstruktiv əməkdaşlıq etməyi gözləyirlər.

Bundan əlavə, nəşr diqqəti ona yönəldib ki, istintaq dolayı yolla şirkətə parlamentin yuxarı palatasının müraciətlərini təmin etməkdən yayınmağa imkan verir. Burada mümkün pozuntuları araşdırmaq üçün komissiya yaradılıb. Eyni zamanda, komissiya rəhbəri fevralın 7-də "Perrier" suyunun qablaşdırıldığı zavoda şəxsən baş çəkməyi planlaşdırır.

"Nestle" senatorlara məktublar göndərərək, cinayət təhqiqatı davam etdiyi üçün parlament komitəsinin məhkəmə ilə paralel olaraq bir işi araşdıra bilmədiyi üçün onların tələblərinin yerinə yetirilməsinin mümkünsüzlüyünü əsas gətirib. Senat cavab verdi ki, o, məhkəmə sisteminin işinə qarışmır, lakin araşdırmanı davam etdirmək niyyətindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu