"Nestle" nəcisli su satmaqda ittiham olunur
"Nestle" korporasiyası milyardlarla avro dəyərində böyük fırıldaqçılıqda ittiham olunur.
"Mediapart" müstəqil platformasının tədqiqatçıları şirkəti onilliklər ərzində nəcis mənbələrindən su satmaqda ittiham edir.
Bildirilib ki, Fransadakı mənbələrdən gələn su nəcis, E. coli (Escherichia coli bakteriyası) və pestisidlərlə çirklənir. "Nestle" onu qadağan olunmuş üsullarla süzüb və "S.Pellegrino" və "Perrier" premium brendləri də daxil olmaqla təbii mineral kimi satıb.
Ekspertlərin hesablamalarına görə, son 15 ildə fırıldaqların məbləği üç milyard avroya çatıb. “Foodwatch” istehlakçı təşkilatı günahkarların məsuliyyətə cəlb olunmasını tələb edir.
Gələn həftə Avropa Komissiyası Fransa hakimiyyət orqanlarının bu işə baxması ilə bağlı hesabat dərc etməyə hazırlaşır.
"Nestlé" tədqiqatçıların məlumatları ilə razılaşmır və ittihamı rədd edir.