Ukrayna hakimiyyəti "Nestle"ni beynəlxalq müharibənin sponsorları siyahısına daxil edib
Ukraynada Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyin (NACP) nümayəndələri dünyanın ən böyük qida istehsalçısı olan İsveçrənin "Nestle" şirkətini “müharibəyə beynəlxalq sponsorluq etməkdə” ittiham ediblər.
Bu barədə “Bloomberg” idarənin bəyanatına istinadən xəbər verir.
NAPC Ukraynanın şərqində hərbi əməliyyatlar başlayandan bəri qida korporasiyasının Rusiya bazarında öz məhsullarını satmaqda və yerli federal büdcəyə vergi ödəməkdə davam etməsi ilə razılaşmır. "Nestle" ilə yanaşı, “beynəlxalq müharibə sponsorları” siyahısında digər böyük şirkətlər arasında "Mondelez International", "PepsiCo" və "Unilever" də var.
Ukrayna departamenti aydınlaşdırıb ki, "Nestle"yə qarşı belə bir addım İsveçrə şirkətinin reputasiyasına xələl gətirməlidir, lakin heç bir hüquqi nəticələrə səbəb olmayacaq. Korporasiya Ukraynaya dəstək verməsi ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiya bazarında bir sıra məhsullar, o cümlədən dondurma və bulyon kubları satmaqda davam edir. Eyni zamanda, "Nestle" 2022-ci ilin mart ayının ikinci yarısında yenidən elan etdi ki, o, Rusiya biznesinə investisiya qoymağı və "KitKat" və "Nesquik" də daxil olmaqla, məhsullarının böyük əksəriyyətini ölkədə satmağı dayandıracaq.
2023-cü il iyulun əvvəlində NAPC Britaniyanın qida və məişət kimyası istehsalçısı "Unilever"i “Beynəlxalq müharibənin sponsorları” siyahısına əlavə edib. Səbəb, şirkətin ölkəyə məhsullarının bütün idxal və ixracını dayandırmaq vədlərinə baxmayaraq, Rusiya bazarını tərk etməkdən faktiki imtina etməsi olub.