Rusiya 5000-dən artıq zirehli texnika itirib - SƏBƏB


Ukraynanın tammiqyaslı işğalı zamanı Rusiya Federasiyası 5000-dən çox zirehli texnika itirib. Britaniya kəşfiyyatının məlumatına görə, səbəblərdən biri sənaye miqyasında müdafiə sistemlərinin istehsal oluna bilməməsidir.


AFN.az-ın xəbərinə görə, Böyük Britaniya Kəşfiyyat Departamentinin "Twitter" hesabında qeyd edilir ki, Ukraynaya qarşı müharibəyə baxmayaraq, Rusiya müdafiə müəssisələri öz məhsullarını iri beynəlxalq silah sərgilərində nümayiş etdirir. Belə tədbirlərdən birində zirehli texnikanın sağ qalma qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş "Arena-E" aktiv müdafiə sistemi təqdim olunub.
“Ukraynada 5 mindən çox zirehli texnikasını itirmiş Rusiyanın "Arena-E" sistemlərini öz maşınlarında quraşdırmasına dair heç bir sübut yoxdur”, - hesabatda deyilir.
Kəşfiyyatın qeydinə görə, bu, çox güman ki, Rusiya sənayesinin geniş miqyasda yüksək texnologiyalı sistemlər istehsal edə bilməməsi ilə bağlıdır. Bu problem beynəlxalq sanksiyaların təsiri ilə daha da dərinləşir.
Ukrayna Baş Qərargahının məlumatına görə, tammiqyaslı işğalın əvvəlindən Rusiya Federasiyası Ukraynada 3400-dən çox tank və 6670-dən çox zirehli texnika itirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu