Dərmandan zəhərlənən 3 yaşlı uşaq öldü


Göyçay Rayon Mərkəzi Xəstəxanasında 3 yaşlı uşaq vəfat edib.


Dünən saat 12 radələrində İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Şiralı Ramil oğlu Tahirov yaşadığı evdə dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb.

Tibbi yardıma baxmayaraq Ş.Tahirov vəfat edib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu