Qobustanda ağır qəza: Anası öldü, özü və xanımı xəstəxanalıq oldu


Bu gün saat 15 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır qəza olub.


32 yaşlı Əli Mahmudovun sürdüyü “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə, sürücünün avtomobildə olan 1971-ci il təvəllüdlü anası Mahmudova Ramidə hadisə yerində ölüb.

Sürücü və həyat yoldaşı isə xəsarətlərlə xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu