"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İB növbəti layihəsini uğurla yekunlaşdırıb
![](/uploads/posts/2025-02/img_20250128_115329_029.jpg)
"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyi "Müstəqil həyata sağlam inteqrasiya III layihəsini uğurla yekunlaşdırıb.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində peşəkar psixoloqları tərəfindən seçilmiş gənclərə psixi sağlamlıq və cəmiyyətdə psixo-sosial adaptasiya bacarıqlarını inkişaf etdirmək məqsədilə 7 seansdan ibarət psixoloji reabilitasiya xidməti və müxtəlif mövzularda təlimlər təşkil olunub. Bu layihədən ümumilikdə 200 nəfərə yaxın gənc faydalanıb.
Eyni zamanda, şagirdlərlə qrup terapiyaları təşkil edilib. Bu terapiyaların məqsədi şagirdlərdə aşağıdakı keyfiyyətlərin formalaşdırılmasına xidmət edir:
Mövzular,
• Özünə inamın artırılması;
•Sağlam həyat tərzi vərdişlərinin qazandırılması;
• Cəmiyyətə adaptasiya bacarıqlarının inkişafı;
• Diqqət və konsentrasiyanın artırılması;
• İş nizamı və motivasiyanın yüksəldilməsi;
• Məğlubiyyətlə barışmağı öyrənmək və sağlam rəqabət anlayışını formalaşdırmaqdan ibarətdir.
Layihə cərcivəsində internat məktəbindən məzun olmuş 30 nəfər gəncin iştirakı ilə Lənkaran şəhərində qış düşərgəsi təşkil olunub.
Proqramdan əlavə olaraq, gənclərimizə, Lənkəran şəhər Tarix-Diyarşunaslıq muzeyinə, iki dəfə Sovet İttifaqı qəhrəmanı general mayor Həzi Aslanovun Ev muzeyinə və Lənkəranın İstisu qəsəbəsində yerləşən Nilado Green çay plantasiyasına səfər təşkil edilib. Gənclər səfərlər vaxtı yerli çayın əkilməsi, becərilməsi, istehsalı və satışı prosesləri barədə ətraflı məlumat əldə ediblər. Bu da onların cəmiyyətə inteqrasiyasına və sosiallaşmasına müsbət təsir göstərəcək.
Layihə ərzində əldə olunmuş ən böyük nəaliyyət internat məzunu olan gənclərin şəbəkələşməsi, bir-birləri ilə yaxından tanış olmaları, komanda ruhunun formalaşması, dilbər güşələrimizlə yaxından tanış olub, tarixi və milli adət-ənənələri öyrənməsi olub. Layihənin məqsədi gənclərin asudə vaxtını səmərəli təşkil etmək, onlarda komanda ruhu formalaşdırmaqdır.