Gələcəyin internat məzunlarına bunlar öyrədilir
“İnternat Məzunlarının Sosial İnteqrasiyası ” Gənclər İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə “İnternat məzunu olmağa hazırlaşan gənclərlə iş” layihəsi çərçivəsində İnternat məzunu olmağa hazırlaşan gənclərə “Ünsiyyət qaydaları, Etik normalar və Milli mənəvi dəyərlərin təbliği layihəsini reallaşdırır.
İB-dən AFN.az-a verilən məlumata görə, 200 nəfərə yaxın gənci əhatə edən layihə Bakı şəhəri Mərdəkan kəndində yerləşən 2 nömrəli VHM (valideyn himayəsindən məhrum )- olmuş uşaqlar üçün İnternat məktəbi, Buzovna qəsəbəsi 8 nömrəli İnteqrasiya tipli İnternat məktəbi və Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli İnternat məktəblərində aparılır.
Təlim müddətində, hər bir müəsissədə təhsil alan gənclər üçün “Ünsiyyət və davranış qaydaları”, “Etiq normalar ”, “Milli mənəvi dəyərlər ” mövzusunda təlimlər keçirilir. Eyni zamanda məzun olmağa hazırlaşan gənclər üçün Elm ocaqlarına, Yaradıcılıq mərkəzlərinə , Hərbi Qənimətlər parkına və muzeylərə ekskursiyalar təşkil ediləcək. Təlim iştirakçılarına Vətənpərvərlik və Milli mənəvi dəyərlərin təbliğ olunması haqqında maarifləndirici təlimlər keçməklə müstəqil həyata inteqrasiyasına köməklik göstəriləcək.
Layihənin əsas məqsədi, İnternat məktəbindən məzun olmağa hazırlaşan gənclərin sosial reabilitasiyasını kompleks şəkildə həlletməklə, onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir. Bununla da, gənclər arasında ictimai davranış qaydaları daha çox formalaşacaq və cəmiyyətdə özlərini daha rahat hiss edəcəklər.