Tovuz sakininin Mingəçevirdə meyiti tapıldı


Mingəçevirdə bağ massivində meyit tapılıb.


Hadisə martın 23-ü axşam saatlarında qeydə alınıb.

Tovuzun Aşağı Ayıblı kəndində qeydiyyatda olan 53 yaşlı Mehman Yusifovun meyiti Mingəçevir şəhəri Borçalı bağ massivində aşkarlanıb. Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb.

M.Yusifovun çoban olduğu, ilkin məlumata əsasən, mal-qara otararkən öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu