Bakının Nizami küçəsində anbarda yanğın şiddətləndi: 14 avtomobil cəlb olundu - FOTOLAR (YENİLƏNİB)


Bakının Nizami küçəsində başlayan yanğının söndürülməsi üçün hadisə yerinə 14 yanğın avtomobili, 61 nəfər şəxsi heyət cəlb edilib.


Oxu.Az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

FHN hadisə ilə bağlı məlumat yayıb.


Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Paytaxtın Nəsimi rayonu Nizami küçəsində anbarda yanğın başlayıb.


Yanğın səbəbindən ətrafa qatı tüstü yayılmaqdadır.

DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu