Sidneydə yüksək gərginlikli elektrik xətti qatarın üzərinə düşdü: Sərnişinlər təxliyə olundu, reyslər dayandırıldı


Avstraliyanın Sidney şəhərində sərnişin qatarının üzərinə 1500 voltluq yüksək gərginlikli elektrik xəttinin düşməsi nəticəsində yüzlərlə insan təxliyə edilib, dəmir yolu hərəkətində ciddi gecikmələr yaşanıb.



ABC Newsun məlumatına görə, məsələ ilə bağlı açıqlama verən Nəqliyyat Koordinatoru Hovard Collins bildirib ki, qatarın üzərindəki enerji bağlantısı cihazı havada asılı olan elektrik kabellərinə dəyib və nəticədə kabellər birbaşa qatarın üzərinə düşüb.



New South Wales əyalətinin Nəqliyyat naziri Con Qraham isə Sidney Mərkəzi Stansiyası ilə Lidcombe arasında fəaliyyət göstərən bir çox qatar xəttinin hərəkətinin dayandırıldığını bildirib.



Nazirin sözlərinə görə, 1500 voltluq elektrik kabelləri Strathfield və Homebush stansiyaları arasındakı qatarların üzərinə düşüb və bu, “potensial olaraq çox təhlükəli bir vəziyyət” yaradıb.



Qraham əlavə edib ki, xilasetmə qrupları sərnişinlərin təxliyəsi və təhlükəsizliyini təmin etmək üçün axtarış-xilasetmə işlərini davam etdirir. Bu işlərin yerli vaxtla səhərin erkən saatlarına qədər davam edə biləcəyi bildirilir.



Nazir bildirib ki, “keçən il də oxşar texniki nasazlıq qeydə alınıb, lakin bu hadisə daha mərkəzi bir ərazidə baş verdiyi üçün təsiri daha geniş olub.



Rəsmi məlumatlara görə, 300-dən çox sərnişin təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu