44 yaşlı qadın qaçırıldı - VİDEO


Bakıda 44 yaşlı qadın qaçırılıb.



“Qafqazinfo” xəbər verir ki, hadisə mayın 19-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.



Qadının zorla avtomobillə qaçırılması barədə sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.



Keçirilən tədbirlərlə qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.



Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.



Araşdırmalar davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu