Hava limanında yarış faciəsi: Avtomobil izdihama çırpıldı


Polşanın Krosno bölgəsində yerləşən Krosno Hava Limanında keçirilən avtomobil yarışında faciə yaşanıb. Yarışa başlayan idman avtomobillərindən biri idarəetməni itirərək tamaşaçı kütləsinin içinə girib.

Yarış həvəskarlarından biri tərəfindən lentə alınan dəhşətli görüntülərdə yaşıl rəngli idman avtomobilinin sürücüsünün idarəetməni itirdiyi və avtomobilin sürətlə tamaşaçılara doğru yönəldiyi anlar əks olunub.

Hadisə Krosno Hava Limanında təşkil edilən 400 metrlik sürət yarışı zamanı baş verib. Eyni anda start götürən iki avtomobildən biri bir neçə saniyə sonra idarəetməni itirib və sağa doğru çıxaraq, yol ilə tamaşaçılar arasında heç bir maneə olmayan sahəyə daxil olub.

Avtomobil böyük bir izdihamın içindən keçib, nəticədə biri ağır olmaqla ümumilikdə 14 nəfər xəsarət alıb. Yerli medianın məlumatına görə, ağır yaralanan şəxsin vəziyyəti kritikdirhuşsuz halda xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma başladılıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu