İranda 5,1 bal gücündə zəlzələ baş verib


İranın cənub-şərqində yerləşən Kirman əyalətində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.



İran Milli Seysmologiya Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 01:00-da baş verən yeraltı təkanların episentri Ciroft rayonunun Boluk qəsəbəsi olub.



Zəlzələnin yerin 8 kilometr dərinliyində meydana gəldiyi bildirilib.



İranın rəsmi xəbər agentliyi IRNA yerli rəsmilərə istinadən xəbər verib ki, hadisə yerinə xilasedici qruplar göndərilib və hazırkı vaxtadək hər hansı bir dağıntı və ya tələfatla bağlı məlumat daxil olmayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu