Göygöldə 37 yaşlı kişi küçədə dünyasını dəyişdi


Göygöldə 37 yaşlı kişi küçədə dünyasını dəyişib.



AFN.az xəbər verir ki, rayon sakini 1988-ci il təvəllüdlü N.Budaqovun kənd ərazisində olan zaman halı qəfil pisləşib.



Ona dərhal təcili tibbi yardım birqadası çağırılıb. Müayinə zamanı onun öldüyü məlum olub.



Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.



Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu