“Haribo” şirniyyatı lotereya ilə 1 nəfərə avtomobil qazandırdı
“Araz” və “Spar” marketlərdə keçirilən “Haribodan sürpriz – 5 AZN-ə avtomobil şansı!” stimullaşdırıcı lotereyasının qalibi müəyyən olundu. 2 iyul tarixində keçirilən tirajla “BYD Destroyer 05” avtomobili öz sahibini tapıb.
Tirajdan sonra şanslı şəxslə əlaqə saxlanılıb, xoş xəbər çatıdırılaraq hədiyyəsini necə əldə edə biləcəyi izah olunub və qazandığı avtomobili təhvil alması üçün “Veysəloğlu” şirkətinə dəvət edilib.
Lotereyanın şərtlərinə görə 12 may – 12 iyun tarixləri müddətində istənilən "Araz” və "Spar” supermarketlər şəbəkələrindən ümumi dəyəri 5 AZN-dən az olmayaraq "Haribo" şirniyyat məhsulları alan, 18 yaşına çatmış, "Araz Supermarket” rəqəmsal və ya fiziki kartına sahib olan hər kəs lotereyada iştirak edə bilərdi.
Udan müştəri kodu "Araz” supermarketlər şəbəkəsinin saytında (www.arazmarket.az) və sosial media hesablarında yayımlanacaq. Qalib şəxslə "Veysəloğlu” MMC əməkdaşları əlaqə saxlayaraq 90 gün ərzində avtomobili götürməsini təmin edəcəklər.



