Müayinəyə gedən 26 yaşlı hamilə qadın vəfat etdi


Naxçıvanda müayinəyə gələn hamilə qadın Perinatal Mərkəzdə dünyasını dəyişib.

AFN.az “Report”a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Teymurova Aysel Taleh qızı Naxçıvan Perinatal Mərkəzinə müayinə üçün gəlib və anidən halı pisləşib.

Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq, 26 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu