Çinin şimalında daşqınlar nəticəsində ölənlərin sayı 12-yə çatıb
Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində daşqınlar nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
AFN.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Bildirilir ki, səlahiyyətlilər axtarış əməliyyatını aparmaq üçün 1600-dən çox xilasedicini səfərbər edib.
Cümə günü səhər saatlarında güclü sel tərəfindən avtomobilləri ilə birlikdə sulara qarışıb ölən turistlərdən sonuncunun cəsədi tapılıb.
Ötən həftə səkkiz qurban və dörd itkin düşmüş şəxs barədə məlumat verilib. Hadisə avqustun 16-da saat 22:00 radələrində Bayan Nur şəhərindəki düşərgə turist düşərgəsində baş verib.

