AB salonlarda dırnaq geli istifadəsini qadağan etdi


Avropa Birliyi bir çox gel dırnaq boyalarında mövcud olan mühüm maddəni 1 sentyabr bazar ertəsindən etibarən qadağan edib.

Trimethylbenzoyl diphenylphosphine oxide (TPO) adlı bu maddə gel və dırnaq boyalarının UV işığı altında sərtləşməsini təmin edir.

Əvvəllər yalnız peşəkar istifadəyə icazə verilən TPO indi heç bir şəkildə istifadə edilə bilməyəcək. Bu qərarı açıqlayan Səhiyyə Məhsulları Tənzimləmə Agentliyi (HPRA) qadağanın bütün mühitlərdə keçərli olduğunu bildirib.

TPO hazırda ABŞ-da sərbəstdir və Birləşmiş Krallıqda 2026-cı ildən etibarən qadağan olunacaq. Avropadakı tənzimləyicilər heyvan təcrübələrindən əldə olunan nəticələrə diqqət çəkir, lakin mövcud istifadə səviyyələri nəzərə alındıqda insan sağlamlığı üçün birbaşa risk olub-olmaması hələ də dəqiq deyil.

Qeyd edək ki, Avropa Birliyi ümumiyyətlə mümkün risklərə qarşı daha sərt tədbirlər görür və insan üzərində dəqiq sübut olmadan, nəzəri təhlükə daşıyan maddələri qadağan edir.

1 sentyabrdan etibarən AB üzrə TPO tərkibli məhsulların paylanması tamamilə dayandırılacaq. Bərbərxana və gözəllik salonlarına məhsullarını yoxlamaq, TPO tərkibli məhsulları istifadə etməməyi, düzgün şəkildə zərərsizləşdirməyi və yeni sifarişlərdə tədarükçülərdən TPO-suz məhsul təminatı tələb etmələri tövsiyə olunub. Həmçinin salonlara etibarlı distribyutorlardan alış-veriş etmələri məsləhət görülüb.

İstifadəçilərə isə gedəcəkləri salonlarda istifadə olunan dırnaq boyalarının tərkibini soruşmaları tövsiyə edilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu