Rusiya aprelin 5-dən etibarən Ermənistandan süd məhsullarının idxalını qadağan edir


"Rosselxoznadzor" aprelin 5-dən etibarən Ermənistandan Rusiyaya süd məhsullarının idxalını qadağan edəcək.


Agentlik bildirib ki, Ermənistanın baytarlıq xidmətinə bu tarixdən etibarən ölkədəki bütün müəssisələrin süd məhsullarının Rusiyaya çatdırılması üçün sertifikatlaşdırılmasını dayandırmağı xahiş edib.

“Təchizatın bərpasının mümkünlüyü Ermənistan tərəfinin aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün apardığı işlərin nəticələrindən sonra daha sonra müzakirə olunacaq”, - "Rosselxoznadzor"dan verilən açıqlamada bildirilir.

Qeyd edəj ki, ermənilərin Rusiyaya süd məhsulları ixracının qadağan olunma səbəbi İran xammalından istifadədir. İranın süd məhsullarının yoxlanması zamanı müxtəlif ölkələrdə dəfələrlə tərkibində zərərli maddələr, xüsusilə də antibiotiklər aşkarlanıb. Son 2 ildə İrandan Azərbaycana süd məhsulları, xüsusilə kərə yağı və qaymaq ixracında cidddi artım müşahidə olunur. Ümid edirik ki, AQTA onların tərkibini yoxlayaraq ölkəyə buraxılmasına şərait yaradır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu