Ermənistan Rusiyaya kələk gəlib


Ermənistan Rusiyaya saxta məhsul ixrac edir.


AFN.az xəbər verir ki, bu səbəbdən də iki ölkə arasında ticarət sahəsində problemlər yaşanıb. Belə ki, Rusiya tərəfi Ermənistanın süd emalı müəssisələrinin İran müəssisələrinin istehsal etdiyi xammaldan istifadə etdiyi məlum olub. Bununla bağlı "Rosselxoznadzor" tərəfindən bu ölkədən süd məhsullarının ixracına məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Bu barədə Rusiya departamentinin məlumatında deyilir. "Rosselxoznadzor" Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyinə martın 31-dək digər istehsalçıların süd məhsullarının Rusiyaya tədarükünün mümkünlüyünü müzakirə etməyi təklif edib. Məsləhətləşmələrin nəticələrinə əsasən, idxala məhdudiyyətlər qoyulması məsələsi müzakirə olunub. Ermənistan Respublikasının bütün süd emalı müəssisələrindən süd məhsullarının tədarükünə baxılacaq", - departamentin məlumatında belə deyilir.

Ermənistandan Rusiya bazarına süd məhsullarının tədarükünün artması müşahidə edilir. "Rosselxoznadzor"un mütəxəssisləri tərəfindən 2023-cü il martın 20-dən 24-dək aparılan yoxlama zamanı erməni tərəfinin İrandan gələn xammaldan istifadə etməsilə bağlı fakt öz təsdiqini tapıb. Bununla bağlı "Rosselxoznadzor" Ermənistanın baytarlıq xidmətinə yoxlanılan iki müəssisədən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə müraciət edib. Bununla bağlı Ermənistanın qida təhlükəsizliyi müfəttişliyi orqanına qüvvədə olan baytarlıq qanunvericiliyinin pozulmasının yolverilməzliyi barədə məlumat verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu