Masazırda elektrik cərəyanı bir nəfərin ölümünə səbəb oldu


Masazır qəsəbəsində elektrik cərəyanı vurması nəticəsində ölüm hadisəsi baş verib.

AFN.az xəbər verir ki, fərdi yaşayış evinin həyətində iş görən zaman 1968-ci il təvəllüdlü Davud Cavadovu "tok" vurub. O, hadisə yerində vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, D. Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu