Sərxoş kişi xəstəxanada öldü
Gəncədə içkili vəziyyətdə xəstəxanaya gətirilən kişi vəfat edib.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasına gətirilən kişi bir müddət sonra vəfat edib.
Hazırda onun kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.



