İsmayıllıda çaqqal iki nəfəri yaraladı - VİDEO


İsmayıllı rayonunun Aşıq Bayramlı kəndində çaqqal insanlara hücum edib.

Hadisə nəticəsində bir qadın və bir kişi xəsarət alıb.

Zərərçəkən Tofiq Babazadə hadisə barədə Baku TV-yə açıqlamasında bildirib ki, kənddə ilk dəfədir çaqqal insanlara hücum edir.

Mənim 60 yaşım var, bu vaxta qədər belə şey görməmişəm. Səhər öz heyvanlarımı otlağa buraxırdım. Qapının ağzında idim, gözləmədiyim anda baldırımdan yapışdı. Əlimlə vurdum, o da qaçdı. Daha sonra həkimə getdim, vaksin vuruldu”, - deyə kənd sakini söyləyib.

Daha ətraflı videomaterialda:


https://www.youtube.com/watch?v=qxBGAkSZbzo




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu