“BakuBus” avtobusu bulvara girdi - VİDEO


Bakı şəhər DYP İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, hadisə saat 10:40 radələrində Səbail rayonu Neftçilər prospektində, Qız qalasının qarşısında baş verib: “BakuBus” MMC-yə məxsus 99 JU 809 dövlət qeydiyyat nişanlı avtobusun idarəetmədən çıxaraq maneələrə çırpılması ilə nəticələnən hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Bakı şəhər DYP İdarəsində araşdırma aparılır.”

***

Bu gün saat 10 radələrində paytaxtın Səbail rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə yol qəzası baş verib.

Neftçilər prospektində “BakuBus” MMC-yə məxsus BMC markalı iritutumlu avtobus idarəetmədən çıxaraq Dənizkənarı Milli Park ərazisinə daxil olub.

Nəqliyyat vasitəsi bulvarda ağaclara çırpılaraq dayanıb.

Hadisə nəticəsində avtobusa ciddi ziyan dəyib. Xəsarət alanın olub-olmaması barədə məlumat yoxdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu