7 yaşlı oğlu ilə sükan arxasına keçib qəza törətdi, uşaq öldü


Oktyabrın 20-si saat 12 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində faciəvi hadisə baş verib.

AFN.az xəbər verir ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov yaşadığı evin həyətində avtomobili divara vurub.

Belə ki, o, qucağında 2018-ci il təvəllüdlü oğlu Usamə ilə “BMW” markalı, 77 KV 548 qeydiyyat nişanlı avtomobilə oturub və yaşadığı evin həyətində idarə edib. Bu zaman uşaq sürüşərək sürət pedalına sıxılıb. Qəfil sürətlənən avtomobil hasara çırpılaraq dayanıb.

Nəticədə azyaşlı U. Süleymanlı hadisə yerində ölüb. Atası isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu