Kino Agentliyinə vəsait ayrılmamasının səbəbi açıqlandı
Kino Agentliyinə ayrılan vəsaitin 41%-i istifadə olunub
"Bu il Kino Agentliyinə 8,5 milyon manat vəsait ayrılıb. Artıq 11-cı aydır, bu vəsaitdən 41% istifadə olunub. Növbəti il üçün sifarişlər 12 milyondur."
Bunu Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə nazirinin müavini Himalay Məmişov deyib.
"Buna görə də həmin qurumda qalan vəsaitin növbəti il sifarişlərini ödəyəcəyi qənaətindəyik." - deyə nazir müavini bildirib.



